DÜNYA
ABŞ və NATO Rusiya-Abxaziya ittifaqını tanımır
Bakı, 26 noyabr, AZƏRTAC
Birləşmiş Ştatlar Rusiya prezidenti Vladimir Putinlə tanınmamış Abxaziya Respublikasının başçısı Raul Hacimba arasında bağlanmış ittifaq sazişini dəstəkləmir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili ilə görüşündən sonra bu barədə məlumat verən ABŞ-ın bu ölkədəki səfiri Riçard Norland ölkəsinin Abxaziya ilə imzalanan heç bir müqaviləni tanımadığını da diqqətə çatdırıb.
Bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq də bu məsələ barədə analoji bəyanat vermişdi.
Qeyd edək ki, Rusiya ilə Abxaziya arasında strateji tərəfdaşlıq və hərbi ittifaq haqqında noyabrın 24-də Soçidə imzalanmış müqavilə xarici təcavüz zamanı qarşılıqlı yardımı da nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]