DÜNYA


ABŞ və Şimali Koreya bir-birini raket zərbələri ilə hədələyir

Bakı, 10 avqust, AZƏRTAC

ABŞ-ın Müdafiə Nazirliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) 20-yə yaxın hərbi obyektinə qabaqlayıcı zərbələrin endirilməsi ilə bağlı plan hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NBC telekanalı hərbi mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, Amerika hərbçiləri mümkün bombardmanda B-1B Lancer təyyarələrindən istifadə etməyi nəzərdə tutur. Quam adasındakı Andersen hərbi bazasında 6 belə təyyarə var. Mayın sonlarından etibarən hücumun imitasiyası məqsədilə 11 dəfə təlim uçuşları aparılıb. Hərbçilər telekanala bildiriblər ki, əgər həqiqətən ABŞ KXDR-ə zərbə endirməli olsa, əməliyyatda kosmik peyklər, pilotsuz uçuş aparatları, qırıcı və kəşfiyyatçı təyyarələrdən istifadə olunacaq. Əsasən raketlərin buraxılması üçün istifadə olunan meydançalar, sınaq kompleksləri və köməkçi binalar hədəf olaraq seçiləcək. Amerika kəşfiyyatı obyektlərin dəqiq yerləri haqqında məlumatlara malik olduğunu qeyd edib.

KXDR rəhbərliyi isə öz növbəsində ABŞ-ın Quam adasındakı hərbi obyektinə ağır zərbə endirəcəyini bəyan edib. Şimali Koreyanın KCNA agentliyinin məlumatına görə, Koreya Xalq Ordusunun komandanlığı avqustun ortalarında Quam adasına endiriləcək zərbənin planı üzərində işi başa çatdıracaq. Plana görə, Şimali Koreya hərbçiləri ABŞ hərbi bazasına orta mənzilli dörd “Hvason-12” ballistik raketini buraxmaq niyyətindədir. Qeyd olunur ki, raketlər Yaponiya üzərindən keçərək Quam adasının 30-40 km yaxınlığında suya düşməlidir. Rəsmi Pxenyan bu addımın ABŞ ordusunun Asiya və Sakit Okean regionunda qarşısının alınmasına yönəldiyini vurğulayıb. Eyni zamanda hərbi komandanlıq ABŞ Prezidenti Donald Trampın son bəyanatına da münasibət bildirib. Hərbi rəhbərlik dialoqun mümkün olmadığını, ona yalnız güc yolu ilə təsir etməyin mümkün olduğunu qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.