DÜNYA


ABŞ vətəndaşları vergilərin əhəmiyyətli dərəcədə azaldılacağını gözləyirlər

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

ABŞ vətəndaşları vergilərin əhəmiyyətli dərəcədə azaldılacağını gözləyirlər.

“tax-news.com” saytının şərhinə əsasən, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra ABŞ vətəndaşları vergilərin əhəmiyyətli dərəcədə azaldılacağını gözləyirlər.

AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, ABŞ Prezidentinin vergi planlarının dəqiq detalları hələ tam məlum olmasa da, D.Tramp seçki prosesində vergilərin azaldılacağını və ödəyicilərin əksəriyyəti üçün vergi sisteminin sadələşdiriləcəyini vəd edib. Onun təklifləri sırasında korporativ vergi dərəcəsinin 35 faizdən 15 faizədək endirilməsi və bu dəyişikliyin hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlara, eləcə də kiçik müəssisələrə də şamil olunacağı var idi. Bundan əlavə, o, transmilli korporasiyaların ABŞ-dan kənarda əldə edərək ölkəyə gətirdikləri qeydiyyatsız gəlirlərə 10 faiz həcmdə birdəfəlik vergi tətbiq etməyin tərəfdarı olduğunu bildirib.

Fiziki şəxslərin gəlirlərinə gəldikdə isə, Tramp hazırkı yeddi mərhələli vergi sistemini üç mərhələli sistemlə əvəz etməyi planlaşdırır: verginin dərəcəsi gəlirlərin həcmindən asılı olaraq 12 faiz, 25 faiz və 33 faiz təşkil edəcək.

Hələlik ABŞ Konqresinin bununla bağlı yeni Prezidenti dəstəkləyib-dəstəkləməyəcəyi bəlli deyil. Ekspertlərin proqnozuna əsasən, Trampın vergi planları həyata keçərsə, ölkə büdcəsinə vergi daxilolmalarını qarşıdakı on il ərzində təxminən 4 trilyon dollar azaldacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.