DÜNYA


ACEAN ölkələrinin nazirləri Çinlə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırırlar

Tokio, 12 may, AZƏRTAC 

Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ACEAN) üzvü olan ölkələrin nazirləri bu regiondan idxalın həcmini artırmaq üçün Çin ilə iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çağırıblar.

NHK telekanalının yaydığı məlumata əsasən, Kambocanın paytaxtı Pnompendə ACEAN üzrə 2017-ci il Ümumdünya İqtisadi Forumunda rəsmi və işgüzar dairələrin 700-dək nümayəndəsi iştirak edir.

Kambocanın ticarət naziri Pan Sorasak çıxışında “Hərtərəfli regional iqtisadi tərəfdaşlıq” adı almış azad ticarət barədə təklifə geniş toxunub. Həmin razılaşma Yaponiya, Çin və ACEAN üzvü olan ölkələr daxil olmaqla 16 dövləti əhatə edir.

Tailandın nəqliyyat naziri isə bəyan edib ki, bu ölkəni çoxsaylı Çin turistləri ziyarət edirlər. Nazir əlavə edib ki, digər ölkələr də iqtisadi inkişafa nail olmaq üçün Çin turistlərini cəlb etmək məqsədilə öz infrastrukturlarını yaxşılaşdırmalıdırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.