DÜNYA


“ADATA SE730H” dünyada ən kompakt SSD-toplayıcıdır

Bakı, 15 iyul, AZƏRTAC

"ADATA" şirkəti "3D NAND" texnologiyası üzrə yaradılan kompakt SSD-toplayıcını təqdim edib. Çəkisi 33 qram, ölçüləri bank kartına bərabər toplayıcı "USB Type-C" tipli ikinci nəsil sürətli "USB 3.1" çıxışı ilə təchiz edilib. Kompakt ölçülər və məlumatların sürətli ötürülməsi ilə yanaşı, "ADATA SE730H" su, toz və zərbələrdən mühafizə olunur.

AZƏRTAC "4PDA" resursuna istinadən xəbər verir ki, "ADATA SE730H" məlumatları yazmaq və oxumaq üçün 500 meqabayt/saniyəyədək sürətdə ötürə bilir. Bu, 5 giqabayt tutumlu "Full HD" təsvir ölçülü filmin surətini 16 saniyəyə köçürməyə kifayət edir. Bundan başqa, "AAA" oyunların köçürülməsi üçün təxminən 1 dəqiqə tələb olunur. Yeni "3D TLC NAND" yaddaş tipindən istifadə isə toplayıcının əvvəlki nəsil "SE730" ilə müqayisədə istismar müddətinin 25 faiz uzadılmasını təmin edir.

Toplayıcının fərqləndirici cəhəti, həmçinin "IP68" standartı üzrə mühafizə olunmasındadır. Bu, onun torpaq üzərinə və ya suya düşməsi zamanı məlumatların qorunması deməkdir. Bundan əlavə, "ADATA SE730H" hərbi "MIL-STD-810G 516.6" standartının tələblərinə cavab verir ki, bu da onu zərbələrdən qoruyur.

"Windows", "macOS" və "Android" daxil olmaqla, müxtəlif platformalarla uyğunluq təşkil edən "ADATA SE730H" toplayıcısının qiyməti hələ ki açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.