REGİONLAR
ADAU-nun tələbələri “Azərbaycanımızı kəşf edək” layihəsi çərçivəsində Qəbələyə səfər ediblər
Gəncə, 29 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri tələbə gənclər təşkilatının həyata keçirdiyi “Azərbaycanımızı kəşf edək” layihəsi çərçivəsində növbəti səfəri qədim tarixə malik Qəbələ rayonuna ediblər.
Səfər zamanı tələbələr vaxtilə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə müxtəlif dövrlərə aid tarixi yerləri gəziblər. Onlar məşhur şabalıd meşəsində, Vəndam, Qəmərvan, Yengicə kəndlərində olub, Qafqaz Albaniyasının baş darvazalarının bu günə gəlib çatmış qalıqlarına baxıblar.
Universitetin tələbə gənclər təşkilatının sədri Turan Məmmədov AZƏRTAC-a deyib ki, layihənin əsas məqsədi gəncləri doğma Vətənimizin hər bir guşəsi ilə tanış etməklə yanaşı, onların bölgələrin adət-ənənələri haqqında olan biliklərini daha da zənginləşdirməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]