ELM VƏ TƏHSİL


“ADA” Universiteti abituriyentləri "Açıq qapı" gününə dəvət edir

Bakı, 25 iyul, AZƏRTAC

“ADA” Universiteti abituriyentləri iyulun 31-də və avqustun 1, 2, 3-də saat 10:30-da "Açıq qapı" günlərinə dəvət edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, "Açıq qapı" günlərində abituriyentlərə universitet, akademik proqramlar, pedaqoji heyət, tələbə mübadiləsi, təhsil haqqına güzəştlər barədə ətraflı məlumat veriləcək.

“ADA” Universitetində keçiriləcək "Açıq qapı" günlərində iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Girişdə şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.