ELM VƏ TƏHSİL


“ADA” Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti birgə layihə reallaşdırır

Bakı, 13 iyun, Xatirə Cəfərova, AZƏRTAC

“ADA” Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbi birgə layihə reallaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 13-də “ADA” Universitetində keçirilən “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumun açılış mərasimində məlumat verilib.

ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı məktəbinin dekanı Maykl Fyuer təmsil etdiyi ali məktəbin Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

“Corc Vaşinqton Universiteti daha çox tədqiqatlar üzrə ixtisaslaşıb. Biz Azərbaycan universitetləri ilə aparılan danışıqlara çox maraqlıyıq. Bu məqsədlə həmkarlarımızla əlaqələrin inkişafı, tələbələrin seçimi, ölkədə yeni layihələrin tətbiqi xüsusi əhəmiyyət daşıyır”, - deyə Maykl Fyuer bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.