CƏMİYYƏT


ADA Universiteti ölkədə “Asan İmza”nı tətbiq edən ilk ali məktəb oldu

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

ADA Universiteti ölkədəki ali təhsil məktəbləri arasında fəaliyyətində ilk dəfə olaraq “Asan İmza” mobil elektron imza xidmətini tətbiq edib.

ADA-dan AZƏRTAC-a bildiriblər ki, cari tədris ilində magistr pilləsinə qəbul olmuş tələbələrin ali məktəbə qəbulunun rəsmiləşdirilməsi ilk dəfə elektron qaydada - “ADA Asan İmza” portalında aparılıb. Portal “Asan İmza”ya kömək məqsədilə yaradılıb.

“Asan İmza” qeydiyyatın elektronlaşdırılması prosesinin sürətli təşkilinə, həmçinin gələcəkdə universitetdaxili tədris prosesində innovativ texnologiyaların tətbiqi ilə yeni imkanların yaradılmasına yol açır.

“ADA Asan İmza” portalı Universitetin mövcud və gələcək elektron xidmətlərinin cəmləşəcəyi vahid elektron məkanı təmsil edir. “B.EST Solutions” şirkətinin ADA Universiteti üçün hazırladığı portalda hazırda qəbulun onlayn qeydiyyatı və “şərəf andı”nın imzalanması elektron xidmətləri yer alır. Portalın sisteminə yalnız sözügedən ali təhsil ocağının magistr pilləsinə yeni qəbul edilən tələbələr və universitetin müvafiq səlahiyyətli şəxsləri daxil ola bilərlər. Sistemə daxil olmaq üçün “Asan İmza” mobil elektron imzanın mövcudluğu tələb olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.