ELM VƏ TƏHSİL
“ADA” Universiteti və AzərTAc-ın birgə layihəsi - “Tələbə uğuru” VİDEO
Bakı, 6 iyun (AZƏRTAC). “ADA” Universiteti və AZƏRTAC növbəti layihəsini təqdim etmişdir.
AZƏRTAC xəbər verir ki, “Tələbə uğuru” layihəsi hər şənbə İctimai Televiziyanın “Yeni gün” verilişində yayımlanacaqdır. Budəfəki süjetdə “ADA” Universitetində pulsuz təhsil alan tələbələrin qazandığı uğurlardan söhbət açılır.
Süjetdə diqqətə çatdırılır ki, məzunları dünyanın bir çox ölkələrində karyera uğurları əldə edən “ADA” Universitetində yüksək balla oxuyan tələbələr təhsil haqqından azad edilirlər.
Qeyd edək ki, 700-dən çox tələbənin, o cümlədən 28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil aldığı “ADA” Universitetinin təhsil proqramları, tədris metodikası dünyanın ən qabaqcıl təcrübəsinə əsaslanır.