Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“ADA” Universitetində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir VİDEO

Bakı, 28 aprel (AZƏRTAC, Ülviyyə Məmmədli, Anar Rzayev) Aprelin 28-də “ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri, xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev konfransı açaraq bildirmişdir ki, beynəlxalq tədbir Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladığını bildirən Hafiz Paşayev bunun dövlətimizin başçısının görkəmli ictimai-siyasi xadimin fəaliyyətinə verdiyi böyük dəyər olduğunu diqqətə çatdırmışdır.

Vurğulanmışdır ki, Əlimərdan bəy Topçubaşov qaynar bir dövrdə yaşamışdır. Milli ədəbiyyatımızın banisi Mirzə Fətəli Axundzadə və türkdilli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin başladığı milli mədəni yeniləşmə hərəkatı həmin dövrdə özünün siyasi mərhələsinə qədəm qoymuşdur. Qeyd edilmişdir ki, Əlimərdan bəy Topçubaşov Azərbaycanın milli kimliyinin qərb sivilizasiyasına qovuşmağı özündə ideya istiqaməti kimi hədəf götürən böyük ictimai siyasi xadimlərdən biri idi. Əlimərdan bəy milli varlıq fəlsəfəsini özündə toplayan bir tarix idi. Onun fəaliyyəti nəticəsində Azərbaycanın tarixi, dünyaya inteqrasiyası əhəmiyyətli dərəcədə artmışdır. Əlimərdan bəy Topçubaşov öz coşqun fəaliyyəti ilə bütün ümidləri doğrultmuşdur. Yalnız Azərbaycan xalqının deyil, Rusiya imperiyasının müsəlman əhalisinin liderinə çevrilmişdir. XX əsrin əvvəllərində onun belə bir missiya daşıması Azərbaycan xalqının böyük tarixi nailiyyəti idi. Hafiz Paşayev demişdir ki, Ə.Topçubaşovun yaşadığı dövrün tarixini öyrənmək, yenidən tədqiq, onun həyat və fəaliyyətini gələcək nəsillərə, dünya ictimaiyyətinə təqdim etmək bizim vacib vəzifəmizdir.

Milli Məclisin sədri Oqtay Əsədov çıxışında demişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə və fəaliyyətində Ə.Topçubaşovun, M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, S.Mehmandarovun, Ə.Şıxlınski və başqalarının böyük xidmətləri olmuşdur. Görkəmli dövlət xadimləri, xalqımızın yaddaşında əbədi iz qoymuşlar.

Azərbaycan Xalq Cümhuriyyəti çox mürəkkəb tarixi şəraitdə meydana gəlmişdir. Birinci Dünya müharibəsində çar Rusiyası öz hegemon rolunu itirmişdi. 1918-ci ilin dekabrında Bakıda Xalq Cümhuriyyətinin ilk parlamentinin iclası olmuş və Ə.Topçubaşov parlamentin sədri seçilmişdir. Hərtərəfli istedada malik olan Ə.Topçubaşovun hələ gənc yaşlarından elmə böyük marağı olmuşdur. Bakı Şəhər Dumasının sədri seçilən Ə.Topçubaşov bütün Rusiya müsəlmanlarının siyasi liderlərindən birinə çevrilmişdir.

Milli Məclisin sədri demişdir ki, onun sədrliyi dövründə Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Fransa Xarici İşlər Nazirliyinin ali şura üzvləri və digər müttəfiq dövlətlər Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanımışlar. Azərbaycanın bu diplomatik uğuru Ə.Topçubaşovun düşünülmüş fəaliyyətinin məntiqi nəticəsi idi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Parisdə Ə.Topçubaşovun məzarı üzərində onun qəbirüstü abidəsi ucaldılmışdır.

Daha sonra çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin dünya miqyasında tanıdılmasında Əlimərdan bəy Topçubaşovun gördüyü əvəzolunmaz xidmətlərdən danışmışdır.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ə.Topçubaşovun diplomatik bacarığı sayəsində bir çox dünya ölkələrinin rəhbərləri ilə aparılan danışıqların öz bəhrəsini verdiyini, bunun nəticəsi olaraq Paris Konfransının Ali Şurasının Gürcüstan və Azərbaycan istiqlaliyyətini tanıdığını söyləmişdir. Dünyanın aparıcı ölkələrinin siyasətçiləri Əlimərdan bəy Topçubaşov ilə görüşmüş, səmimi qonşuluq, sərhəd məsələsi, ticarət və mədəni əlaqələr haqqında danışıqlar apararaq barışıq imzalamışlar.

Ə.Topçubaşovun yekdilliklə Azərbaycanın ilk parlamentinin sədri seçildiyini diqqətə çatdıran Elmar Məmmədyarov Şərq mədəniyyətinin xüsusiyyətlərini və Avropanın demokratik dəyərlərini özündə birləşdirən görkəmli siyasi xadimin Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, onun dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlərinin olduğunu xüsusi qeyd etmişdir.

Elmar Məmmədyarov demişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmişdir. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr Türkiyə, Rumıniya, Pakistan olmuşdur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanın 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ötən illər ərzində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmış, əlaqələri genişlənmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və bu quruma sədrlik etməsi ölkəmizin çox mühüm qlobal təsirə malik olduğunu təsdiqləyir. İndi Azərbaycan dünya çapında böyük nüfuza malikdir. Əgər yaşasa idilər, bu nailiyyətlər Əlimərdan bəy Topçubaşov və digər görkəmli ictimai-siyasi xadimlər üçün ən sevindirici hadisələrdən biri olardı. Müasir müstəqil Azərbaycanın inkişaf və dünyaya inteqrasiya istiqamətlərini ümummilli lider Heydər Əliyev müəyyənləşdirmişdir. Ulu Öndərimizin dediyi kimi indi Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir.

Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirmişdir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın yetirdiyi böyük şəxsiyyətlərə diqqət göstərilməsi, onların xatirəsinin əziz tutulması ənənənə halı almışdır. Diqqətə layiq olan bu cür şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli ictimai xadimi Ə.Topçubaşovdur. A.Əlizadə qeyd etmişdir ki, Prezident ilham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ona dövlət səviyyəsində verilən qiymətin əməli ifadəsidir.

Ə.Topçubaşovun həyat və fəaliyyəti Azərbaycanın çox kəşməkəşli bir vaxtına təsadüf edir. O, 1905-1918 ci illər arasında bütün qüvvə və bacarığını vətənin azadlığı uğrunda mübarizəyə həsr etmişdir.

Vurğulanmışdır ki, 1897-ci ildən 1917-ci ilin sonlarına qədər “Kaspi” qəzetinin redaktorlarından biri olan Ə.Topçubaşovun bu mətbu orqanda işıq üzü görmüş məqalələrində Azərbaycanın bir sıra görkəmli şəxsiyyətləri haqqında qiymətli fikirlər yer almışdır. Onun başçılıq etdiyi Azərbaycan diplomatlarından ibarət nümayəndə heyəti Parisdən Vaşinqtona qədər yüksək dövlət səviyyəsində qəbul edilmişdir. Bu, Azərbaycan diplomatiyasının şanlı tarixinin səhifələrindən biridir. Sovet hakimiyyəti illərində Ə.Topçubaşovun fəaliyyətinin araşdırılmasına imkan verilməmiş, lakin bu məsələ yalnız keçən əsrin 90-cı illərinin əvvəllərində yenidən gündəmə gətirilmişdir.

A.Əlizadə vurğulamışdır ki, Ə.Topçubaşovun elmi-publisistik irsinin nəşri və tədqiqi Azərbaycan elminin qarşısında duran vacib məsələlərdən biridir. Böyük şəxsiyyətlərin xatirəsinə göstərilən qədirbilənlik hər şeydən əvvəl gənc nəslə vətəni tanıtmaq, öyrətmək dərsidir. Bütün bunlara görə Prezidentimizə minnətdarlığımızı bildiririk.

Daha sonra konfrans panel sessiyalarla davam etmişdir.

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən panel sessiyada Azərbaycanın Polşadakı səfiri, tarix elmləri doktoru Həsən Həsənov çıxış etmişdir.

Əlimərdan bəy Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri və çar Rusiyası I çağırış Dövlət Dumasının müsəlman fraksiyasının rəhbəri vəzifəsində səmərəli fəaliyyəti barədə söhbət açan Həsən Həsənov görkəmli siyasi xadimin Azərbaycan dövlətçiliyinin təşəkkülünə qiymətli töhfələr verdiyini qeyd etmişdir.

Səfir vurğulamışdır ki, azadlıq hərəkatının böyük yüksəlişi dövrü Azərbaycan xalqına istedadlı, peşəkar ictimai-siyasi xadimlər bəxş etmişdir. Onların həyat amalı millətin mənafeyini, azadlığını və müstəqilliyini müdafiə etmək idi.

Diplomat Ramiz Abutalıbov “Ə.Topçubaşov: görkəmli xadimin şəxsi arxivindən sənədlər” mövzusunda çıxış etmişdir. R.Abutalıbov Ə.Topçubaşovun şəxsi sənədləri əsasında hazırlanan və müəllifi tarix elmləri doktoru Salavat İsxakov olan kitab haqqında danışmışdır. Qeyd olunmuşdur ki, bu kitab Ə.Topçubaşovun Rusiya Dövlət Dumasında fəaliyyətinə dair yüzdən artıq sənəd əsasında tərtib edilmişdir.

Ə.Topçubaşovun Dumada fəaliyyəti dövründə həm Azərbaycanda, həm də Cənubi Qafqaz bölgəsində yaşayan müsəlman əhalisinin hüquqlarının qorunması sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulamaq lazımdır. 1906-cı ildə müsəlman əhalisinin əleyhinə hazırlanan qanun layihəsi məhz onun fəaliyyəti nəticəsində qəbul olunmamışdır.

“Əlimərdan bəy Topçubaşov və 20-ci əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi proseslər” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi, tarix elmləri doktoru Dilarə Seyidzadə Sovet dönəmində öz həyatlarını ölkəmizin tarixinin tədqiqinə həsr etmiş alimlərin mənbələrdə bu böyük şəxsiyyət haqqında məlumatlara tez-tez rast gəldiklərini, lakin bu barədə elmi mövzular götürüb işləməyə imkan verilmədiyini demişdir.

D.Seyidzadə XX əsrin 60-cı illərində Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, görkəmli alim, akademik Əlövsət Quliyevin bu mövzuya diqqət yetirdiyini və bununla bağlı gənc tədqiqatçı kimi ona tapşırıq verdiyini qeyd edərək demişdir: “Moskva Tarix İnstitutuna göndərilən tələbələr arasında mən də var idim. Tədqiqatın mövzusu Azərbaycanın Rusiyanın I çağırış Dövlət Dumasında iştirakı haqqında idi. Mən Moskvada tarixçilərlə görüşdüm. Onlar bizim deputatlarımızın fəaliyyətinin elə də görkəmli olmadığını söyləyirdilər. Ona görə də təklif etdilər ki, mən onların müxalifət partiyalarından olan fəalların tədqiqatlarına qoşulum. Lakin akademik Ə.Quliyev və digər tarixçi alimlər çox düzgün mövqe seçdilər və verilmiş mövzu üzərində işləməyimi tələb etdilər”.

Çıxışına davam edən D.Seyidzadə bildirmişdir ki, Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmişdir.

ABŞ-ın Massaçusets Universitetinin professoru xanım Audrey Altstadt çıxış edərək görkəmli ictimai xadim Ə.Topçubaşovun fəaliyyətindən danışmış, Azərbaycanın bu dövrdəki tarixinin çox aktual olduğunu söyləmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda Cümhuriyyətin yarandığını bildirən A.Altstadt parlament respublikasında müxtəlif siyasi partiyaların təmsil olunduğunu, Azərbaycanda demokratik sisteminin yaradıldığını qeyd edərək demişdir: “Belə bir demokratik dövlətin Birinci Dünya müharibəsinin son ayları ərzində yaranması gözlənilməz bir hadisə sayıla bilər. Əlimərdan bəy Topçubaşov və digər görkəmli xadimlər Azərbaycanı inkişaf etdirməyə çalışırdılar. Azərbaycan üçün bu çox mühüm tarix və irsdir.

“ADA” Universitetinin dekanı Elnur Soltanovun moderatorluğu ilə keçirilən ikinci paneldə ABŞ-ın Prinston Universitetinin əməkdaşı Maykl Reynolds “Əlimərdan bəy Topçubaşov və onun irsi: kənardan baxış” mövzusunda məruzə ilə çıxış edərək Ə.Topçubaşovun xarici işlər naziri vəzifəsi dövründə gördüyü işlərdən danışmışdır. Bildirilmişdir ki, o dövrdə Amerika hökuməti Ə.Topçubaşov şəxsiyyətinə böyük dəyər vermişdir.

Qeyd edilmişdir ki, Ə.Topçubaşovun təkcə Azərbaycan xalqının deyil, bütün Şərq xalqlarının azadlıq hərəkatı tarixində əvəzsiz xidmətləri olmuşdur. O, dövrünün yüksək təhsil almış hüquqşünası, elm və ictimai xadimi, milli ruhlu naşir olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən dünyada tanıdılması üçün bir hüquqşünas alim və siyasi xadim kimi Ə.Topçubaşov var qüvvəsi ilə çalışmışdır.

Daha sonra Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlının “Əlimərdan bəy Topçubaşov: ictimai xadim kimi”, gürcüstanlı ekspert Georgi Momulianın “Əlimərdan bəy Topçubaşov və onun Fransa hökuməti ilə münasibətləri”, Milli Elmlər Akademiyasının əməkdaşı İradə Bağırovanın “Əlimərdan bəy Topçubaşov: siyasi fəaliyyətin başlanğıcı”, rusiyalı ekspert Səlahət İsakovun “Əlimərdan bəy Topçubaşov tarixçi kimi”, Fransanın Beynəlxalq Diplomatiya Akademiyasının dosenti Şirin Melikovun “Əlimərdan bəy Topçubaşov Fransanın Beynəlxalq Diplomatik Akademiyasının üzvü kimi” mövzularında çıxışları dinlənilmişdir.

Konfransda Rusiyanın Milli Kitabxanasının direktoru Anton Lixomanov Əlimərdan bəy Topçubaşovun həyatına aid dəyərli sənədin nüsxəsini “ADA” Universitetinin rektoru Hafiz Paşayevə təqdim etmişdir.

 

“ADA” Universitetində Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır