ELM VƏ TƏHSİL


“ADA” Universitetində Avropa İttifaqı üzrə üçüncü Yay Məktəbi açılıb

Bakı, 18 iyul, AZƏRTAC

“ADA” Universitetində Avropa İttifaqı üzrə üçüncü Yay Məktəbi təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, iki həftəlik təlim proqramına Yunanıstan, Əfqanıstan, İtaliya, İran da daxil olmaqla 20 nəfərdən çox beynəlmiləl tələbə cəlb edilib.

Yay Məktəbinin açılış mərasimində “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, iştirakçılar Avropa İttifaqı təsisatları, əsas mövzular üzrə siyasəti və qərar qəbul etmə mexanizmlərini Avropa parlamentinin, eləcə də müvafiq nüfuzlu mərkəzlərin mütəxəssislərindən öyrənəcəklər. Eyni zamanda, dərslərdə Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyəti müzakirə olunacaq.

Qeyd edək ki, bu ilki məktəbin təşkilində “ADA” Universitetinin tərəfdaşı Fransanın Avropa üzrə Beynəlxalq Təlim Mərkəzidir. Yay Məktəbi “ADA” Universitetində 2013-cü ildən etibarən fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.