İDMAN


ADA Universitetinin tələbələri arasında velosiped yarışı təşkil olunub

Bakı, 3 dekabr, AZƏRTAC 

Azərbaycan Velosiped İdmanı Federasiyası və ADA Universitetinin birgə təşkilatçılığı ilə Respublika Velotrekində adı çəkilən təhsil müəssisəsinin tələbələri arasında velosiped yarışı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız tələbə olan 14 komanda iştirak edib.

Yarış başlamazdan əvvəl tələbələr Respublika Velotrekində idmançılar üçün yaradılan şərait, həmçinin Azərbaycan və dünya velosipedinin tarixini özündə əks etdirən muzeylə tanış olublar.

Estafet sistemi üzrə keçirilən yarışda hər komandanın tərkibində yer alan velosipedçilər 333 metrlik marşrut boyunca dövrə vurublar və ən yaxşı vaxt göstəricisinə əsasən qaliblər müəyyənləşib.

Fərqlənən komandalar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və kubokla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.