MƏDƏNİYYƏT


ADGTT-nin 89-cu mövsümü “Çipollino” və “Yarımçıq qalmış”la yekunlaşacaq

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümünə yekun vurmağa hazırlaşır.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gərgin yaradıcılıq işləri, beynəlxalq qastrol və festivallar, maraqlı layihələr və premyeralarla yaddaqalan mövsüm yaşayan teatr elə mövsümə də yeni tamaşa ilə nöqtə qoymaq niyyətindədir.

Yeni səhnə əsəri iyunun 25-də nümayiş etdiriləcək. Beynəlxalq layihə çərçivəsində hazırlanmış yeni tamaşa görkəmli italyan uşaq yazıçısı Canni Rodarinin eyniadlı əsəri əsasında ərsəyə gələn “Çipollino”dur. Tamaşanın quruluşçu rejissoru Rostov “Maksimum” teatrının bədii rəhbəri, Rostov İncəsənət məktəbinin rejissorluq kafedrasının müdiri Yelena İvanova, səhnə redaksiyasının müəllifi teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, rejissoru Ayla Həşimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımov, rejissor assistenti Günay Qasımovadır.

Yeni tamaşada rolları Səbinə Məmmədova, Xəyalə Meydanova, Aygün Fətullayeva, Mehriban Abdullayeva, Hüsniyyə Əhmədova, Zülfiyyə Alhüseynova, Venera Abbasova, Təhminə Məmmədova, Mehriban Hüseynova, Gülbəniz Mustafayeva, Zümrüd Quliyeva, Nuranə Hüseynova, İlham Əsədov, Aydın Dəmirov, Anar Seyfullayev, Elgün Yəhyayev, Elşən Şıxəliyev, Ramil Məmmədov, Anar Səfiyev, Vahid Orucoğlu, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Müşfiq Əliyev, Yusif Dadaşov, Natiq Fərzəliyev ifa edəcəklər.

İyunun 25-də mövsümün son böyük tamaşası “Yarımçıq qalmış” olacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “heykəltəraşlıq” fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş tamaşa Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirov, rəqslərin quruluşçusu Ella Hacıyeva, rejissor assistenti isə Sevda Hacışəmiyeva, mahnıların ifaçısı Çinarə Məlikzadədir.

Birhissəli psixoloji dramda obrazları Əməkdar artistlər Leyli Vəliyeva, Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Bəhram Həsənov, Günel Məmmədova, Asya Atakişiyeva, Zemfira Əbdülsəmədova, Elnur Hüseynov, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramil Məmmədov, İlqarə Tosova, Nuriyyə Əliyeva, Eşqin Quliyev, Elgün Yəhyayev, Anar Seyfullayev, Mirzəağa Mirzəyev, Xəyalə Meydanova, Aygün Fətullayeva, Gülbəniz Mustafayeva, Tahir İsmayılov, Ramiq Nəsirov, Feyruz Məmmədov canlandıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.