CƏMİYYƏT


ADİU-da yeni meqa fakültə yaradılıb

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) yeni meqa fakültə yaradılıb.

ADİU-dan AZƏRTAC-a bildiriblər ki, bu barədə universitetin elmi şurasında qəbul edilən qərara əsasən, informatika və idarəetmə, biznes inzibatçılığı və kommersiya fakültələri ləğv edilərək, onların bazasında biznes və menecment fakültəsi yaradılıb. Eyni profilli bu üç fakültə bundan sonra fəaliyyətini vahid fakültə kimi davam etdirəcək.

Qərar idarəetməni təkmilləşdirmək və daha səmərəli idarəetmə formalarını seçmək üçün struktur islahatları çərçivəsində verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.