ELM VƏ TƏHSİL
ADİU ilə Türkiyənin Sakarya Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup nümayəndəsi Türkiyənin Sakarya Universitetində olublar.
AZƏRTAC “sakarya.edu.tr” saytına istinadla xəbər verir ki, nümayəndə heyəti Sakarya Universitetinin rektoru, professor Müzəffər Elmas ilə görüşüb.
M.Elmas qonaqlara rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti barədə məlumat verib, onları bu təhsil müəssisəsində çalışan alimlərlə tanış edib, universitetdə həyata keçirilən tədbirlər və yeniliklər haqqında danışıb.
Sakarya Universitetinin alimləri əməkdaşlığın perspektivlərindən, tələbə mübadiləsindən, təhsilin keyfiyyətindən bəhs ediblər.
ADİU ilə Sakarya Universitetinin alimləri arasında geniş fikir mübadiləsi aparılıb, gələcəkdə hər iki ali təhsil ocağının əlaqələrinin möhkəmləndirilməsi sahəsində müvafiq təkliflər verilib.