ELM VƏ TƏHSİL
ADİU-nun əməkdaşı Avropanın nüfuzlu ali məktəbinin professoru seçilib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) dosenti Rövşən Əkbərov İspaniyanın Barselona şəhərində keçirilən İspaniya Kral İqtisadiyyat və Maliyyə Akademiyasının X beynəlxalq konfransında iştirak edib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə dosent Rövşən Əkbərova “Biznes və Sosial Elmlər Məktəbinin professoru” diplomu verilib. Diplomu Barselonanın Biznes və Sosial Elmlər Məktəbinin rektoru Xose Daniel Barquero təqdim edib.
Qeyd edək ki, R.Əkbərov bu ada hər iki ali məktəb arasında əlaqələrin genişləndirilməsində xidmətlərinə və Avropanın nüfuzlu elmi jurnallarında sosial-iqtisadi məqalələr dərc etdirdiyinə görə layiq görülüb.