ELM VƏ TƏHSİL
ADİU-nun tələbələri Litvada bir semestrlik təhsil imkanı qazanıblar
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) ilə Litvanın Mikolas Romeris Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Tələbə Mübadilə Proqramı həyata keçirilir. Universitetdən AZƏRTAC-a bildirilib ki, proqramın şərtlərinə əsasən 2014/2015-ci tədris ilinin yaz semestrində ADİU-nun 5 tələbə və magistrantının Litvada 1 semestr təhsil alması nəzərdə tutulub.
Mübadilə proqramında ingilis dilini sərbəst bilən I, II və III kurs tələbələri və birinci kursda oxuyan magistrantlar iştirak edərək, müvafiq fənlər üzrə kreditlər toplaya biləcəklər. Təhsil ödənişsizdir.
Litvada təhsil almaq istəyənlər sənədlərini noyabrın 20-dək ADİU-nun beynəlxalq əlaqələr şöbəsinə təqdim edə bilər (tel. 012-492-60-45).
Mikolas Romeris Universitetində təhsillə bağlı ətraflı məlumat
http://www.mruni.eu/mru_lt_dokumentai/centrai/akademiniu_reikalu_centras/erasmus/Exchange%20to%20MRU%2014-15.pdf ünvanından əldə oluna bilər.