ELM VƏ TƏHSİL
ADİU-nun tələbələri dövlət qulluğuna qəbul qaydaları ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın insan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Afaq Hüseyn və insan resurslarının idarə edilməsi sektorunun aparıcı məsləhətçisi Kamil Baxşəliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə görüşü olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə tələbələr qeyd edilən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti və qarşıda duran vəzifələr ilə tanış olub, qəbul qaydaları, qəbulun şəffaf və obyektiv keçirilməsi ilə bağlı məlumatlandırılıblar.
Keçirilən müsabiqələrin statistik göstəricilərini özündə əks etdirən təqdimatlarda ADİU-nun məzunlarının qəbul və işədüzəlmə prosesində üstünlük təşkil etdikləri bildirilib. Bu il də ADİU-ya 71 dövlət orqanı üzrə 864 vakant yer ayrılıb.
Görüşdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.