CƏMİYYƏT


ADİU-nun tələbələri xaricə istehsalat təcrübəsinə göndəriliblər

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri Rusiya Federasiyasında yay istehsalat təcrübəsi keçəcəklər.

ADİU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin maliyyə və mühasibat, biznes inzibatçılığı, iqtisadiyyat, sənaye və kommersiya fakültələrinin üçüncü kurs tələbələrindən ibarət qrup artıq Sankt-Peterburq şəhərinə yola düşüb. Onlar Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında təcrübə keçəcəklər. Təcrübə proqramı Bank VTB 24-ün Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə və Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq filialı ilə razılaşmasına əsasən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.