CƏMİYYƏT


ADİU-un Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu başlanıb

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) Dərbənd filialına 2016/2017-ci tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu elan edir. Qəbul dünya iqtisadiyyatı; maliyyə və kredit; mühasibat uçotu, təhlil və audit; ümumi iqtisadiyyat ixtisaslarına əyani və qiyabi təhsil forması üzrə aparılır.

ADİU-dan AZƏRTAC-a bildirilib ki, təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir. Təhsil müddəti əyani forma üzrə 4 il, qiyabi forma üzrə 5 ildir.

Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qaydalarına uyğun olaraq vahid dövlət ımtahanı əsasında qəbul edilir. Azərbaycan Respublikasının vətəndaşları üçün riyaziyyat (test üsulu ilə), Azərbaycan və rus dili (imla), coğrafiya (test üsulu ilə) fənləri üzrə qəbul sınaq imtahanları keçirilir.

Qəbul barədə ətraflı məlumatı rəsmi www.ageu-derbent.ru saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.