SİYASƏT
ƏDLİYYƏ NAZİRLİYİNDƏ GÖRÜŞ
Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin /BQXK\ Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Fridrum Meder ilə görüş olmuşdur.
Görüşdə baş idarə ilə BQXK arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilmiş, qadın məhkumların vərəm xəstəliyindən müalicəsi üçün 3 nömrəli cəzaçəkmə müəssisəsində yaxın vaxtlarda yeni müalicə korpusunun tikilib istifadəyə verilməsi, vərəm xəstəliyinin ilkin mərhələdə aşkar olunması və habelə mənfi BK viruslu vərəmli xəstələrin müalicəsinin birgə təşkili məsələləri geniş müzakirə edilmişdir.
Söhbət zamanı respublikanın cəzaçəkmə müəssisələrində son illərdə əldə olumuş nailiyyətlər xüsusi vurğulanmışdır.
Müzakirə edilən məsələlər üzrə yeni birgə fəaliyyət proqramının işlənib hazırlanması cəzaçəkmə yerlərində vərəm xəstəliyi ilə mübarizənin ikinci mərhələsinin başlanğıcını qoyacaqdır.