ELM VƏ TƏHSİL


ADNSU: Energetika fakültəsinin yuxarı kurs tələbələri 22 müəssisədə təcrübə keçirlər

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) energetika fakültəsində gündəlik təcrübə layihəsi uğurla həyata keçirilir. Üçüncü və dördüncü kurslarda təhsil alan 148 tələbə bu layihə üzrə 22 müəssisədə təcrübə keçir. İkinci kurs tələbələri də yaxın vaxtlarda təcrübəyə cəlb olunacaqlar. Növbəti təhsil ilindən bir və ya iki fənnin laboratoriya dərslərinin universitetlə yanaşı, müəssisələrdə də keçilməsi planlaşdırılır.

Bu barədə fakültənin dekanı Zakir Həsənov AZƏRTAC-a müsahibəsində məlumat verib.

Dekan bildirib ki, ADNSU-nun elektromexanika kafedrasının laboratoriyalarından birinin “Schmider Electric” firmasının treninq mərkəzi kimi istifadə olunması, fakültənin digər laboratoriyalarının müasir avadanlıqlarla təchiz edilməsi nəzərdə tutulur. Alternativ enerjidən istifadə olunması ilə əlaqədar olaraq fakültənin kafedralarında xüsusi qurğular quraşdırılıb, həmin kafedralarda laboratoriya dərslərinin keçirilməsi planlaşdırılır.

Dekan qeyd edib ki, 756 tələbənin təhsil aldığı fakültədə hazırda elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi, istilikenergetikası mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Burada təhsilin inkişafı istiqamətində səmərəli layihələr də reallaşdırılır.

Fakültədə START UP layihəsinə dəstək məqsədilə təşkil edilən qruplara yaradıcı tələbələr toplanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.