CƏMİYYƏT


ADNSU–da BP-nin yay təcrübəsi proqramı elan olunub

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “BP yay təcrübəsi-2017” mövzusunda tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova bu qurumun yay təcrübəsi proqramını elan edib. Tələbələrə təcrübə proqramı barədə məlumat verən M.Şıxzamanova müraciət qaydaları, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. O, təcrübə proqramında universitetin yalnız 2018-ci il məzunlarının iştirak edə biləcəyini vurğulayıb.

Daha sonra proqramın iştirakçısı olan tələbə Fəridə İsmayılova təqdimatla çıxış edib, qazandığı təcrübədən danışıb.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.