CƏMİYYƏT


ADNSU-da “Elektron universitet” sistemi tətbiq olunur

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elektron universitet” layihəsinin tətbiqinə başlanılıb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, “Elektron universitet” sisteminin (“Unibook”) təqdimat mərasimində bu ali məktəbin İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli interaktiv lövhədə sistemin iş prinsipləri və istifadə qaydaları ilə tələbələri tanış edib. Bildirilib ki, “Elektron universitet” sistemi vasitəsilə tələbələr tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materiallar əldə edəcək, müəllimlərin mühazirələri ilə tanış ola biləcəklər.

Bütün tələbələrə portala giriş imkanı verilir və bunun üçün hər bir tələbənin xüsusi şifrəsi olacaq. Tələbələr “Unibook”a daxil olmaqla istənilən məlumatı öyrənə biləcəklər. Bundan əlavə, tələbələrə portal vasitəsilə universitetin laboratoriya komplekslərinə daxil olub öz laborator işlərini aparmaq imkanı da yaradılacaq.

Portalda universitet haqqında bütün məlumatlar, dərs cədvəlləri, fənn proqramları, elektron vəsaitlər yerləşdiriləcək.

Təqdimat mərasimində regionlarda yaşayan tələbələrin də bu proqramdan faydalana biləcəkləri diqqətə çatdırılıb. Bildirilib ki, onlar tətil zamanı internet vasitəsilə “Unibook”a daxil olaraq imtahan nəticələri və topladıqları ballar haqqında məlumat ala biləcəklər.

Hər bir tələbə ona aid olan şifrəni gizli saxlamalıdır.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.