ELM VƏ TƏHSİL


ADNSU-da respublika fənn olimpiadası keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) buraxılış siniflərinin (yalnız XI sinif) şagirdləri üçün martın 18-də keçiriləcək riyaziyyat, fizika, kimya və informatika fənləri üzrə olimpiadaya iştirakçıların qeydiyyatını davam etdirir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, olimpiada gənclərin dəqiq elmlərə marağının artırılması, istedadlı gənclərin aşkarlanması və onların peşə yönümünün istiqamətləndirilməsi məqsədilə keçirilir.

Azərbaycan və rus dillərində təşkil olunacaq olimpiadada hər şagird yalnız bir fənn üzrə iştirak edə bilər. Olimpiada yazılı formada aparılır.

Maraqlananlar asoiu.edu.az saytında olimpiada bölməsini seçir, özü haqqında məlumatları və seçdiyi fənni qeyd edir.

Olimpiadanın keçirilməsinə bir həftə qalmış iştirakçılar həmin sayta daxil olaraq öz kodlarına əsasən buraxılış vərəqi çap etməlidirlər. İştirakçılar binaya daxil olarkən şəxsiyyət vəsiqəsi, buraxılış vərəqi və uyğun qələmlərlə gəlməlidirlər. Olimpiadaya mobil telefon və digər vasitələrlə gəlmək qadağandır.

Ətraflı məlumat üçün (012) 493-83-40 nömrəli telefonla əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.