ELM VƏ TƏHSİL
ADNSU ilə Perm Milli Tədqiqat Politexnik Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetinin “Neft-qaz yataqlarının geologiyası və işlənməsi” elmi-tədris mərkəzinin direktoru Pavel İlyuşin, mərkəzin direktor müavini Anton Qarbuşin və “Lukoil Perm” MMC-nin inteqral əməliyyat mərkəzinin rəisi Anton Kozlov ilə görüşü olub.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə M. Babanlı rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, təhsil müəssisəsində tədris olunan ixtisaslar, qazanılan uğurlar barədə ətraflı məlumat verib. UFAZ və Startap layihələrindən danışan rektor ADNSU-da əsas məqsədin müasir tələblərə uyğun, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması olduğunu qeyd edib. Rektor təhsil müəssisələri arasında tələbə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Startap sahəsində ADNSU-nun maraqlı təcrübəsi olduğunu xatırladan Pavel İlyuşin müvafiq istiqamətlərdə əməkdaşlığa başlamağın vacibliyini diqqətə çatdırıb.
Görüşdə iki universitet arasında yeni əməkdaşlıq memorandumunun imzalanması barədə razılıq əldə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]