ELM VƏ TƏHSİL


ADNSU ilə SAP Universitet Alyansı arasında əməkdaşlığa dair memorandum imzalanıb

Bakı, 31 may, AZƏRTAC

Mayın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı proqram təminatı istehsalı üzrə dünya miqyaslı SAP şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Rüfət Hacıəlibəyov və SAP Universitet Alyansının Rusiya və MDB üzrə meneceri Yuri Kupriyanov ilə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə texnoloji yeniliklərdən faydalanma yolları, rəqabətqabiliyyətli məhsulların istehsalı və bu sahə üçün səriştəli mütəxəssislərin hazırlığı barədə müzakirələr aparılıb.

SAP şirkətinin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edən M. Babanlı ADNSU-da həyata keçirilən yeni layihələr və startap məktəbindən bəhs edib.

Qarşılıqlı əməkdaşlığın sənayenin yüksək keyfiyyətli və bacarıqlı mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsəd üçün əsl imkan olduğunu qeyd edən R.Hacıəlibəyov isə SAP Universitet Alyansı barədə məlumat verib.

Müvafiq sahədə əməkdaşlıq SAP mütəxəssisləri tərəfindən ADNSU tələbələri üçün prezentasiyaların təşkili və şirkət tərəfindən yaradılan platforma və texnologiyalara çıxış imkanlarını nəzərdə tutur.

Görüşdə ADNSU ilə SAP Universitet Alyansı arasında əməkdaşlığa dair memorandum imzalanıb.

SAP Universitet Alyansına dünyanın 90 ölkəsinin 2 min 300 universiteti daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.