CƏMİYYƏT


ADNSU-nun dörd minədək nadir eksponatdan ibarət kolleksiyası zənginləşir

A+ A

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) zəngin mineral eksponatların toplandığı mineralogiya kabineti fəaliyyət göstərir.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, mineralogiya kabinetində 117 ölkədən 356 növdə dörd minədək mineral toplanıb.

Faydalı qazıntı yataqlarının geologiyasının işlənməsi kafedrasının dosenti Ağamehdi Ağayevin mineralogiya kabinetinin eksponatlarla zənginləşdirilməsində, onların tədqiqində mühüm xidmətləri olub. “Burada dünyanın 122 yatağından minerallar toplanıb. Bu mineralların əksəriyyəti ya nadir minerallardır, ya da nadir elementlərlə zəngindir. Burada böyük həcmli və ya tərkibində platin, gümüş və qızıl saxlanılan minerallar var”, - deyə A.Ağayev bildirib.

Təkcə mineralogiya kabinetinin vitrinlərində 1600 eksponat nümayiş etdirilir. Ehtiyat fondunda isə 3 mindən çox mineral var.

Burada ötən əsrin 30-cu illərində tapılan minerallar da var. Onlar Avropadan və Rusiyadan gətirilib. Hər mineralın adı, kimyəvi tərkibi və yatağı ayrıca qeyd olunub. Onların kataloqu hazırlanıb və kompyuter bazasına daxil edilib.

Bu kabinetin mineraloji kolleksiyasından başqa, kristalların fəza quruluşuna dair zəngin model kolleksiyası da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.