CƏMİYYƏT


ADNSU-nun rektoru təhsillərini xaricdə davam etdirəcək tələbələrlə görüşüb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ADNSU BƏŞ, Erasmus+ BKM proqramı çərçivəsində payız semestrində təhsillərini Böyük Britaniyanın “Leicester” Universitetində, eləcə də Türkiyənin Orta Doğu Texnik Universitetində davam etdirəcək tələbələrlə görüşüb.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı universitetin tələbələrinin Böyük Britaniya və Türkiyə ilə yanaşı, dünyanın digər ölkələrində də təhsillərini davam etdirdiklərini diqqətə çatdırıb. Rektor ADNSU-nun dünya universitetləri sırasında layiqli yerini tutacağına əminliyini bildirib, tələbələrə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.