ELM VƏ TƏHSİL


ADNSU-nun tələbəsi “İT-Universe-2017” beynəlxalq yarışının qalibi olub

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlının Ukraynada keçirilən “İT – Universe-2017” beynəlxalq yarışının qalibi olan ADNSU-nun informasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs tələbəsi Soltanağa Hüseynov ilə görüşü olub.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə İT-in müxtəlif sahələrində ən son proqramlaşdırma üsullarından bəhs edilib.

Müasir dünyada elmin, təhsilin mühüm rolunu qeyd edən M.Babanlı, eyni zamanda, “1 C – proqramlaşdırma” yarışında finala çıxmış 10 ölkə iştirakçısı arasından məhz ADNSU-nun tələbəsinin qalib olmasının böyük qürur hissləri doğurduğunu vurğulayıb.

Qeyd edək ki, Ukraynada keçirilən “İT-Universe-2017” yarışında birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Ukraynadan olan iştirakçı tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.