ELM VƏ TƏHSİL


ADNSU-nun üç ixtisası Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris olunan üç ixtisas – bakalavr səviyyəsində proseslərin avtomatlaşdırılması mühəndisliyi, elektroenergetika mühəndisliyi, magistratura səviyyəsində isə enerji menecmenti (neft sənayesində) ixtisasları Avropa standartlarına uyğun ixtisaslar olaraq akkreditasiya edilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, bu qərar yanvarın 16-da Almaniyanın Təhsil Proqramları üzrə Akkreditasiya Agentliyi (ASİİN) və Mühəndislik üzrə Akkreditasiya üçün Avropa Şəbəkəsi (ENAEE) tərəfindən verilib.

Bu ixtisasların Avropa standartlarına uyğun sayılaraq akkreditasiya edilməsi Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Boloniya prosesinə uyğunlaşdırılması” mövzusunda TEMPUS layihəsi çərçivəsində aparılmış iş sayəsində mümkün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.