CƏMİYYƏT


ADPU-nun beynəlxalq əlaqələri genişlənir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Şimali Kipr Türk Respublikası parlament sədrinin müavini Hüseyn Avkıran Alanlı və Məclis Protokol müdiri Batu Beyit ilə görüşüb.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə C.Cəfərov Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda davam edən təhsil islahatları sağlam və ədalətli rəqabətin artmasında, təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.

C.Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, strateji hədəfləri barədə məlumat verərək bildirib ki, ADPU ölkəmizin ali təhsil sistemində xüsusi yer tutur. Hazırda respublikamızda dövlət səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılır. Struktur dəyişikliklər nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, müəllim və tələbələrin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 mindən çox tələbə təhsil alır. Universitetin Bakı şəhərində dörd, rayonlarda isə beş tədris korpusu fəaliyyət göstərir. ADPU üçün müasir kampusun inşa edilməsi nəzərdə tutulur və bu istiqamətdə lazımi addımlar atılır. Hazırda universitetin yeni imicinin formalaşması üçün ADPU-da idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, diferensial əməkhaqqının tətbiqi sahəsində ciddi islahatlar həyata keçirilir. Eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsinə də xüsusi diqqət yetirilir.

H.A.Alanlı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirib, ADPU ilə ölkəsinin ali məktəbləri arasında əlaqələrin genişlənməsinə hər cür kömək göstərəcəyini qeyd edib, universitetin kollektivinə uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.