MƏDƏNİYYƏT


ADRA-da “Birlik” rəsm sərgisi açılıb

A+ A

Bakı, 11 iyul, G.Məlikova, AZƏRTAC

İyulun 11-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Birlik” rəsm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi ADRA-nın və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir.

Tədbirdə ADRA-nın prorektoru Azad Zeynalov dünyanın bir sıra peşəkar və nüfuzlu, o cümlədən, həvəskar rəssamlarının sərgisinin birlikdə keçirilməsinin əsas məqsədinin “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilinə göstərilən köməyə görə təşəkkür xarakteri daşıdığını bildirib.

Qeyd edək ki, “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı mayın 25-dən iyunun 14-dək ADRA-nın Muzey-Sərgi Kompleksində keçirilib. Festivalda 30-dək rəssamlıq studiyası, incəsənət məktəbi ilə yanaşı, Türkiyə, Fransa, Kuba, Koreya, Çin, Belarus, Misir, Mərakeş, Pakistan, Almaniya, Fələstin, Hindistan və başqa ölkələrdən uşaqların əl işləri nümayiş olunub. Hər bir ölkə və studiya, ayrı-ayrı iştirakçılar sərgiyə ən yaxşı rəsm işlərini təqdim ediblər.

“Birlik” sərgisində Meksikanın Azərbaycandakı səfirinin xanımı Edit Orteqa, kolumbiyalı həvəskar rəssam Karmen Sesilia Kuellar de McMichen, Qafqaz Universitetinin Qafqaz Araşdırmalar İnstitutunun rəhbəri Mehmet Rıhtım, Hülya xanım Rıhtım və bir sıra azərbaycanlı rəssamların əsərləri nümayiş olunub.

Tədbirdə bu ildən ADRA-da fəaliyyətə başlamış müxtəlif incəsənət növləri (rəsm, heykəltəraşlıq və s.) üzrə hazırlıq kurslarının ilk məzunlarına və “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı təşkilat komitəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.