CƏMİYYƏT


ADU-da Almaniya Bundestaqı təqaüd proqramının təqdimatı olub

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Almaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, Almaniya Bundestaqının Beynəlxalq Parlament Təqaüdü Proqramı (İPS) üçün Azərbaycandan olan namizədləri seçmək məqsədilə nümayəndə heyəti tələbələrlə görüşüb.

Nümayəndə heyətinin rəhbəri, Bundestaqın üzvü Aleksandr Ulrix İPS barədə məlumat verib. Qeyd edilib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da İPS məzunlarının şəbəkələşməsi məqsədilə birlik təsis edilib. A.Ulrix səfər çərçivəsində Bakıda siyasət, iqtisadiyyat və təhsil sahələrindən olan nümayəndələrlə, o cümlədən mövcud əlaqələri və şəbəkəni inkişaf etdirmək üçün İPS proqramının məzunları ilə görüşlər keçiriləcəyini vurğulayıb.

2014-cü ildə İPS proqramının məzunu olmuş azərbaycanlı tələbə proqram barədə təəssüratlarını bölüşüb.

Qeyd edək ki, İPS proqramı çərçivəsində dünyanın 41 ölkəsindən 120 təqaüdçü martın 1-dən iyulun 31-dək Almaniya Bundestaqı tərəfindən tam maliyyələşdirilən təqaüd çərçivəsində bu ölkənin parlamentar sistemi ilə tanış olmaq imkanı əldə edir. Proqramın məqsədi siyasətin aparılması və demokratik qərarların verilməsi prosesləri ilə tanışlıqdır. Hər il dekabr ayından etibarən İPS proqramında iştirak etmək üçün müraciət ərizələri Almaniyanın Bakıdakı səfirliyinə təqdim olunur. Proqram haqqında məlumat http://www.bundestag.de/ips  internet səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.