ELM VƏ TƏHSİL
ADU-da “Çin bələdçisi” viktorinası təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə bu ölkənin vətənpərvər şairi Tszüy Yuanın xatirəsinə həsr olunan ənənəvi Çin bayramı - “Əjdahalar qayığı festivalı” çərçivəsində “Çin bələdçisi” viktorinası keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, mərkəzin müdiri, professor Rafiq Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin tarixi haqqında danışıb, ölkəmizdə çinşünaslığın inkişafının vacibliyini vurğulayıb.
Viktorinada qədim və müasir Çinin mədəniyyəti, incəsənəti və tarixi ilə bağlı suallar yer alıb.
Sonda viktorinanın qaliblərinə diplomlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]
AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər
- 07.05.2024 [14:52]
BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar
- 07.05.2024 [14:33]