ELM VƏ TƏHSİL
ADU-da “SABAH” qrupları ilə görüş keçirilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin “SABAH” qrupları ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov görüşün keçirilməsinin əsas məqsədi onlarla yaxından tanış olmaqdır.
Təhsil Nazirliyinin “SABAH” qruplarının layihə rəhbəri Elçin Ağakişiyev layihənin uğurlu olmasından söz açıb. O, bu layihənin 750 tələbə ilə başladığını söyləyərək hazırda “SABAH” tələbələrinin sayının 1700 nəfərə çatdığını bildirib.
Diqqətə çatdırılıb ki, layihənin yaradılmasında məqsəd ali təhsil müəssisələrində yeni və fərqli mühitin yaradılması, həmçinin savadlı, bacarıqlı kadr hazırlığının təmin edilməsidir. E. Ağakişiyev müəllimlərin bu qruplarda xüsusi müsabiqə yolu ilə seçildiyini söyləyib. Bu il müxtəlif dövlət qurumlarında “SABAH” qrupu tələbələrinin təcrübə keçdiyini deyən layihə rəhbəri bunun onların peşəkar kadr kimi yetişməsində xüsusi rol oynayacağını vurğulayıb. Qeyd olunub ki, “SABAH” qrupunun 25 nəfər tələbəsinin bu ilin yayında Londonda yay məktəbində intensiv dil kursunda iştirak edib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.