CƏMİYYƏT


ADU-da çinli alimlə görüş olub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Dillər Universitetində (ADU) Çin İctimai Elmlər Akademiyasının “Bir Kəmər, Bir Yol” Araşdırma Mərkəzi baş katibinin müavini Syuy Venxun bu ali məktəbin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüş universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan tərəfindən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin “İpək yolu iqtisadi kəməri” və “XXI əsrin Dəniz İpək yolu” layihələrini birləşdirən “Bir Kəmər, Bir Yol” konsepsiyasının ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini, İpək yolu İqtisadi kəmərinin infrastrukturunun yaradılması və inkişafı sahəsində hər iki tərəfin maraqlı olduğunu söylədiyini xatırladıb.

Syuy Venxun Böyük İpək yolunun bərpa edilməsi üzrə qlobal layihənin reallaşdırılması sahəsində Azərbaycan-Çin elmi-texniki əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini qeyd edib. O, bu layihənin iqtisadi imkanlarından, həmçinin onların dünya ölkələrinin müasir geoiqtisadiyyatı və geosiyasətindəki rolundan danışıb.

Qonağa ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən Çin dilində hazırlanan, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.