ELM VƏ TƏHSİL


ADU-da elmi seminar: “Böyük İpək Yolunda sülh və təhlükəsizliyin təmin olunması” VİDEO

Bakı, 31 iyul, AZƏRTAC

İyulun 31-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 90 illiyinə həsr olunan “Böyük İpək Yolunda sülh və təhlükəsizliyin təmin olunması” mövzusunda elmi seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında hərbi-siyasi və hərbi-texniki əməkdaşlığın perspektivləri və tarixi İpək Yolunun bərpasında ölkəmizin geostrateji rolundan söz açan Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru Nurulla Əliyev seminarda çıxış edərək ordunun modernləşdirilməsi və hərbi-sənaye kompleksinin inkişafında Çinin hərbi-siyasi prioritetləri, dünyanın müasir geosiyasi proseslərində Çinin iştirakı və bu ölkənin qədim hərb sənəti barəsində danışıb.

Konfutsi İnstitutunun əməkdaşları Nigar Qocayeva və Ayan Kərimova böyük İpək Yolunda təhlükəsizlik problemlərindən söz açıblar.

Tədbirdə Çin səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.