ELM VƏ TƏHSİL
ADU-da post-universitet imkanları müzakirə edilib
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) “Post-universitet imkanları: Avropa Kollecində avropaşünaslıq üzrə master proqramı” mövzusunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Avropa Kollecinin Natolin kampusunun akademik assistenti Pavel Mixalski bu təhsil ocağının yaranmasından, tədris proqramlarından və beynəlxalq əlaqələrindən danışıb.
Bildirilib ki, kollecin əsası 1949-cu ildə Haaqa konfransından sonra qoyulub. Avropanın bu ən qədim və nüfuzlu təhsil müəssisəsində tədris prosesi ingilis və fransız dillərində aparılır. Kollec Brücc (Belçika) və Natolin (Varşava) kampuslarından ibarətdir.
Tədbirdə Avropa kollecinin Natolin kampusunun qrup rəhbəri Cudita Fiedi “Qonşuluq platforması” mövzusunda təqdimatla çıxış edib.