CƏMİYYƏT


ADU-dakı Hindistan mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib

A+ A

Bakı, 22 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Yunusov qonağa universitetin tarixi, beynəlxalq əlaqələri, fəaliyyəti haqqında məlumat verib. ADU-nun qabaqcıl ali təhsil müəssisələrindən biri olduğunu deyən D.Yunusov universitetə qəbulun ildən-ilə artdığını diqqətə çatdırıb. Vurğulanıb ki, cari il ADU-da yeddi mindən artıq tələbə təhsil alacaq. ADU-nun əsasən pedaqoji, beynəlxalq və tərcümə sahələrində mütəxəssislər yetişdirdiyini qeyd edən D.Yunusov bu ali təhsil müəssisəsində tədris olunan 22 dil sırasında hindi dilinin də yer aldığını söyləyib. O, universitetdəki Hindistan mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, tələbələrin bu dili böyük maraqla öyrəndiklərini deyib.

Söhbət zamanı S.Rana universitetdə Hindistan mərkəzinin fəaliyyətinin və tələbələrin hindi dilinə maraq göstərmələrinin sevindirici hal olduğunu bildirib. O, Hindistan mərkəzinin daha da inkişaf etməsi üçün hər cür köməklik göstərməyə hazır olduğunu, eyni zamanda, mərkəz üçün lazımi kitabların səfirlik tərəfindən təmin ediləcəyini vurğulayıb.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, birgə layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb.

Səfir ADU-da fəaliyyət göstərən “Açıq kitabxana” ilə də tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.