CƏMİYYƏT


ADU ilə Avstriya universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov Azərbaycanda səfərdə olan Avstriya Respublikasının Federal Avropa, inteqrasiya və xarici işlər nazirinin müavini Mixael Linhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə D.Yunusov universitetin yaranma tarixi, beynəlxalq əlaqələri, tədris prosesi haqqında qonaqlara məlumat verib. ADU-da 22 dilin tədris edildiyini,17 dil və mədəniyyət mərkəzinin yaradıldığını söyləyən professor universitetdə Avstriya Kitabxanası və Avstriya Akademik Mübadilə Xidmətinin (OeAD) də fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, hər il kitabxana fondu Avstriya Xarici İşlər Nazirliyi tərəfindən yeni kitablarla genişləndirilir. Avstriyanın səfirliyi ilə sıx əməkdaşlıqdan söz açan D.Yunusov bu əlaqələrin davamına ümid etdiyini bildirib.

M.Linhart bu görüşün əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb. Təhsil sahəsindəki əməkdaşlığın önəmli amil olduğunu söyləyən M.Linhart universitetdə Avstriya kitabxanasının fəaliyyətini yüksək dəyərləndirib. Bu kitabxananın Avstriyanı Azərbaycanda təmsil etməklə yanaşı, alman dilini də təbliğ etdiyi qeyd olunub.

Görüşdə ADU ilə Avstriya universitetləri arasında əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə olunub.

Sonra qonaqlar Avstriya Kitabxanası və OeAD-ın Bakıdakı İnformasiya Mərkəzi ilə tanış olub, tələbələrin sualların cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.