ELM VƏ TƏHSİL
ADU-nun tələbələri Çində ölkəmizi uğurla təmsil edirlər
Bakı, 25 may, AZƏRTAC
Çin Xalq Respublikasının (ÇXR) Xubey əyalətinin Syantao şəhərində “Çin Konsepsiyasının həyata keçirilməsində Azərbaycanın rolu - bir qurşaq, bir yol” mövzusunda tələbə elmi seminarı keçirilib. Seminarı Çinin Uxan Universitetində təhsil alan, Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisasının tələbəsi Ayan Kərimova təşkil edib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin tələbələri Çinin aparıcı ali təhsil müəssisələrində təhsillərini uğurla davam etdirirlər. Tələbələr, eyni zamanda, Böyük İpək Yolu üzərində yerləşən, dinamik inkişafda olan tolerant ölkə kimi Azərbaycanın müasir həyatı barədə həqiqətləri Çin ictimaiyyətinə çatdırmaq üçün ölkəmizin tarixi, mədəniyyəti, siyasəti və iqtisadiyyatına həsr olunan tədbirlər təşkil edirlər.
Syantao şəhərindəki kolleclərdə beynəlxalq əlaqələr və siyasi elmlər üzrə ixtisaslaşan 700-dək tələbənin iştirak etdiyi seminar çərçivəsində Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə ADU-nun Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanan, çin və Azərbaycan dillərində nəşr edilən “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2013 illər.)” kitabının təqdimatı da keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]