Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“AFAZ” ictimai təşkilatının başçısı Ceyms Moran CBC telekanalının rəhbəri Azər Xəlilova müsahibə verib

“AFAZ” ictimai təşkilatının başçısı Ceyms Moran CBC telekanalının rəhbəri Azər Xəlilova müsahibə verib

Bakı, 21 may, AZƏRTAC 

“AFAZ” İctimai Təşkilatının başçısı Ceyms Moran tanınmış Azərbaycan jurnalisti, xarici siyasət və beynəlxalq münasibətlər sahəsində mütəxəssis, CBC telekanalının rəhbəri Azər Xəlilova müsahibə verib. AZƏRTAC həmin müsahibəni təqdim edir.

CBC: Bugünkü verilişimizin qonağı Ceyms Morandır. O, 1991-ci ildən 2015-ci ilin yanvarına qədər Demokratlar Partiyasından Nümayəndələr Palatasının üzvü olub. Hazırda Ceyms Moran “AFAZ” (ingilis dilindən tərcümədə Azərbaycanın Dostları Assambleyası deməkdir) adlanan ictimai təşkilata başçılıq edir.

Cənab Moran, Bakıya xoş gəlmisiniz. Sizi burada görməyə şadıq.

CEYMS MORAN: Salam. Təşəkkür edirəm. Mən də sizi görməyimə şadam.

CBC: Telekanalımıza müsahibə vermək üçün dəvətimizi qəbul etdiyinizə görə çox sağ olun.

CEYMS MORAN: Mən çox şadam. Bu, mənim üçün böyük şərəfdir.

CBC: İcazə verin, sizə ilk sualımızı verək.

CEYMS MORAN: Buyurun.

CBC: Bizə məlumdur ki, siz “AFAZ” təşkilatına başçılıq edirsiniz. Qurumun qarşısında duran başlıca vəzifələr barədə danışa bilərsinizmi?

CEYMS MORAN: Qurumun başlıca məqsədi sadədir - dünya ictimaiyyətini, xüsusən də Amerika Birləşmiş Ştatlarını Azərbaycan və Xəzəryanı region ilə tanış etmək. Amerikalıların çoxu Xəzəryanı regionun hansı ölkələrdən ibarət olduğunu bilmir, onlar heç vaxt Azərbaycan barəsində eşitməyiblər. Ola bilsin, Ermənistan barəsində eşidiblər, lakin bu ölkənin harada yerləşdiyini bilmirlər. Onların çoxu Türkmənistan, yaxud Qazaxıstan kimi ölkələr barəsində eşitməyiblər. Gürcüstan haqqında eşidiblərsə də, çox güman, söhbətin Birləşmiş Ştatların cənub hissəsindən (ABŞ-ın cənubunda yerləşən Corciya ştatı) getdiyini düşünürlər.

CBC: Adları səsləşdiyi üçünmü?

CEYMS MORANS: Adları səsləşdiyi üçün.

CBC: Belə olan halda vəzifənizin kifayət qədər çətin olduğunu düşünürəm.

CEYMS MORAN: Bəli, amma bu, mühüm məsələdir. Bu region bütün dünya üçün son dərəcə böyük əhəmiyyət kəsb edir.

CBC: Nə üçün?

CEYMS MORAN: Çünki bu regionun zəngin təbii ehtiyatları var və bu regionda kommunist idarəçilik formasından insanlara daha çox azadlıq və imkanlar verən daha mötəbər idarəçilik formasına keçməyə çalışan dövlətlər var. Belə dəyişikliklər üçün çox vaxt tələb olunur, amma bunun böyük əhəmiyyəti var. Qalan dünya üçün, xüsusən də Qərb üçün bu transformasiyanı dəstəkləmək vacibdir. Əlbəttə, XXI əsrdə iqtisadi inkişafın təmin olunmasında Azərbaycan kimi ölkələrin malik olduğu təbii ehtiyatlar da böyük əhəmiyyət daşıyır. Axı, yalnız enerji resursları olan zaman əhalinin orta təbəqəsini genişləndirmək və planetimizdə insanların həyat şəraitini yaxşılaşdırmaq mümkündür.

CBC: Amma enerji ehtiyatlarından və iqtisadi məsələlərdən başqa terrorizmə qarşı mübarizə kimi digər məsələlər də var. Azərbaycan 2001-ci ildən Birləşmiş Ştatlarla birlikdə terrorizmə qarşı mübarizə aparır. Bu isə 10 ildən çox davam edən birgə səylər deməkdir. Zənnimcə, bir-birini tanımaq üçün yetərincə vaxt keçib.

CEYMS MORAN: Bəli, razıyam ki, Azərbaycan, onun nailiyyətləri, bu ölkənin harada yerləşməsi və onun əhəmiyyəti barədə daha çox adam məlumatlı olmalıdır. Amma hesab edirəm ki, 10 il, yaxud, belə deyək, 20 il əvvəl ilə müqayisədə bu gün Azərbaycan və bütün region haqqında, əslində, daha çox adam bilir. Bu ləng prosesdir, amma buna baxmayaraq, əhəmiyyətli prosesdir. Əgər biz bu gün işləməyə başlamasaq, nəticədə dünyanın bu hissəsini tam anlamağa heç vaxt nail ola bilməyəcəyik və bütün dünyada insanların həyatının yaxşılaşdırılması işində dünyanın bu hissəsi, bu regionun ölkələri ilə qarşılıqlı fəaliyyət göstərə bilməyəcəyik.

CBC: Belə başa düşürəm ki, siz daha əvvəl sadə insanlardan, əhalidən danışdınız. Bəs dövlət rəsmiləri və siyasi xadimlər barədə nə deyə bilərsiniz? Onlar Azərbaycanı tanıyırlarmı? Axı, qeyd etdiyiniz kimi, Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm müttəfiqdir, əhəmiyyətli dövlətdir. Zənnimcə, siyasətçilər və dövlət xadimləri Azərbaycan barədə məlumatlı olmalıdırlar, belə deyilmi?

CEYMS MORAN: Siyasi xadimlərin çoxu Azərbaycan barədə nəsə bilir, bəzən onların informasiyası mənfi kontekst daşıyır, amma çox vaxt bu informasiya müsbət xarakter daşıyır. Çoxdanın söhbətidir. Sözün düzü, məni ilk dəfə Konqresə üzv seçəndə, onda yalnız Ermənistanı tanıyırdım və o vaxta qədər yalnız Ermənistanda olmuşdum. Azərbaycanı tam və layiqincə qiymətləndirmək, Azərbaycan haqqında təsəvvürə malik olmaq üçün orada olmaq, bu ölkə və bütövlükdə region haqqında oxumaq lazımdır.

CBC: Amerikalıların Azərbaycan haqqında biliklərini artırmaq üçün “AFAZ” təşkilatının başçısı kimi nə etməyə hazırlaşırsınız?

CEYMS MORAN: Mən bu işləri görməyə hazırlaşıram: əvvələn, amerikalıları Azərbaycanın əhəmiyyəti və vacibliyi barədə maarifləndirmək, ikincisi, insanlar arasında şəxsi münasibətləri inkişaf etdirmək. Axı, bizim siyasətə aid olan nə varsa, hamısı şəxsi xarakter daşıyır. Zənnimcə, bu regionu və onun tarixini başa düşmək üçün siyasətçilərin və dövlət xadimlərinin Azərbaycan hökuməti və xalqı ilə yaxından tanış olması lazımdır. Bu informasiyanın bir hissəsini (tarix haqqında) mənimsəmək çətindir, çünki bu, kədərli tarixdir. Amma hesab edirəm ki, vacib olan insanların bu regionun gələcəyinin işıqlı tarixə çevrilə biləcəyini başa düşməsidir. Zənnimcə, burada böyük potensial var. Əgər ABŞ regionda fəaliyyətini, xüsusən də Azərbaycanla münasibətlərini konstruktiv məcrada qura bilsə, bu, bütün regionda sülhün və tərəqqinin əldə olunması perspektivlərini yaxşılaşdırmağa kömək edə bilər.

CBC: Amerikalılar Azərbaycanı ABŞ-ın ən yaxın və əhəmiyyətli müttəfiqi hesab edirmi?

CEYMS MORAN: Düşünürəm ki, Azərbaycanı anlayan insanlar başa düşürlər ki, Azərbaycan Birləşmiş Ştatların müttəfiqi olmaq istəyir və artıq çoxdan onun müttəfiqidir. O, 11 sentyabr terror aktlarından sonra ABŞ-a kömək etmiş ilk dövlətlərdən biridir; Azərbaycan planetimizin Əfqanıstan kimi nöqtələrində Birləşmiş Ştatlar ilə çiyin-çiyinə dayanıb; Azərbaycan enerji resurslarının birgə işlənməsi və bölüşdürülməsi və ölkənin təbii ehtiyatlarından gəlir götürülməsi üçün qapılarını Qərb və ABŞ-ın neft şirkətlərinin üzünə açıb; Azərbaycan ABŞ-ın və bütövlükdə Qərbin daha fəal iştirakı üçün həmişə açıq olub. Azərbaycan müstəqilliyini qoruya bilən ilk dövlətlərdən biri olub. Bəzi ölkələr Azərbaycanı öz iradəsinə tabe etmək istəyəndə o, cəsarət nümayiş etdirib. Azərbaycan möhkəm lider olduğunu göstərib, cəsarət göstərib və başını dik tutaraq, bütün mürəkkəb vəziyyətlərdən çıxıb. Mən həqiqətən hesab edirəm ki, insanlar bu dövlətin öz müstəqilliyini yalnız 23 il əvvəl - 1991-ci ildə əldə etdiyini başa düşməli və nəzərə almalıdırlar. Sözün düzü, dövlətçiliyini əldə etdikdən 23 il sonra ABŞ-da yalnız ağlar və yalnız mülkiyyəti olan kişilərin seçkilərdə səsvermə hüququ vardı. İnkişaf yolu keçmək üçün Birləşmiş Ştatlara çox vaxt tələb olundu. Azərbaycan isə xeyli dərəcədə sürətlə inkişaf edir və zənnimcə, bu ölkə təkcə Avropanın deyil, həm də Birləşmiş Ştatların dəyərli tərəfdaşı olmaq istəyir. Hesab edirəm ki, bunun üçün böyük potensial var. Əminəm ki, bu baş versə, bütün Xəzəryanı regionda xeyli dərəcədə daha sabit və çiçəklənən orta sinif formalaşacaq.

CBC: Dediniz ki, Azərbaycan Birləşmiş Ştatların yaxın müttəfiqi, tərəfdaşıdır, ABŞ üçün əhəmiyyətli ölkədir. Bununla belə, artıq 20 ildən çoxdur ki, Azərbaycan Ermənistanın, erməni tərəfinin təcavüzündən və işğalından əziyyət çəkir. Sizcə, nə üçün ABŞ, Vaşinqton, ABŞ-ın siyasi xadimləri Azərbaycanın təcavüzdən və işğaldan əziyyət çəkməsinə göz yumur?

CEYMS MORAN: Siz Dağlıq Qarabağ regionunu nəzərdə tutursunuz...

CBC: ...Bəli, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğalını...

CEYMS MORAN: ...Birləşmiş Ştatlarda diaspora daxil olan erməni mənşəli çoxlu amerikalı var. Onlar ABŞ-a XX əsrin əvvəllərində gəliblər. Çoxu Birinci Dünya müharibəsi zamanı qohumlarının, dostlarının qırılmasının şahidi olub. Onların şüuruna, beyninə məhz bu xatirələr həkk olunub. Müəyyən mənada saatın əqrəbləri dayanıb və onlar yalnız bu barədə düşünə bilirlər.

Mən münaqişələrdən zərər çəkmiş çox adam tanıyıram və onların nöqteyi-nəzərini başa düşürəm. Onların demokratik prosesdə iştirak etmək hüququ var. Amma ABŞ-a mühacirət edən Azərbaycan mənşəli amerikalıların diasporu olmayıb. Ola bilsin, onların işi də xaotik qurulub... Ermənilər isə bir tərəfdən xristiandırlar. Onlar müəyyən qədər Amerikaya uyğunlaşıblar. Bundan əlavə, onların müəyyən qohumları olub ki, onlar da potensialda Amerikaya köçə bilərdilər. Bu və ya digər səbəbdən vəziyyət elə gətirib ki, erməni icması ABŞ siyasi sisteminin mühüm tərkib hissəsini təşkil edib və erməni icmasının onları maraqlandıran məsələlərlə bağlı narahatlığını ifadə etmək hüququ var. Zənnimcə, əhəmiyyətli olan budur ki, Amerikanın siyasi xadimlərin işə yanaşma zamanı məsələnin hər iki tərəfini nəzərdən keçirir, ədalətli və obyektiv hərəkət edirlər. Ən əsası da budur ki, onlar gələcək nəsillərin maraqlarını daha yaxşı təmin edən istiqamətdə hərəkət edirlər. Bəzən dönüb geriyə baxmamaq çətin olur, amma əgər irəli getməliyiksə, qarşılıqlı anlaşmamıza mane olan bəzi məsələləri geridə qoymalıyıq. Bilirəm ki, böyük düşmənçilik çoxdan var, amma düşmənçilik insanın içini didib-parçalayır və çox vaxt onun şəxsi maraqlarına cavab verməyən qərarlar qəbul etməyə vadar edir. Məsələn, məncə, Bakıdan çəkilən boru kəmərini Ermənistan ərazisindən keçirmək lazım idi. Bu, Ermənistan üçün yaxşı olardı. Lakin Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyi üzündən bu, baş vermədi. Nəticədə hamı zərər çəkdi. Mən istərdim ki, biz irəli gedək. Nəvə-nəticələrimizin işıqlı gələcəyini təmin etməkdən ötrü ən yaxşı yolu müəyyən etmək üçün siyasi xadimlər, o cümlədən ABŞ-ın böyük erməni icmasının nümayəndələri ilə işləmək istərdim.

CBC: Ədaləti və ədalət mühakiməsini bərpa etmədən necə irəli getmək olar?

CEYMS MORAN: Bütövlükdə bir fəsli başa çatdırmaq, bir səhifəni çevirmək və irəli getmək üçün sülhə və ədalətə nail olmaq lazımdır.

CBC: Atəşkəs rejimi var, lakin ədalət mühakiməsi və ədalət əldə olunmayıb, çünki ərazilərimiz, Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır. Yəni ən azı beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalət bərpa olunmayıb. Məhz Birləşmiş Ştatlar və onun müttəfiqləri Ermənistanı öz silahlı qüvvələrini işğal edilmiş ərazilərdən çıxarmağa məcbur edə bilərlər və yalnız onlar buna qadirdirlər.

CEYMS MORAN: Siz çox ağıllı adamsınız və bilirsiniz ki, mən bu problemi təkbaşına həll etmək iqtidarında deyiləm.

CBC: Başa düşürəm, amma hər halda sizin bu barədə nə düşündüyünüzü bilmək istəyirəm.

CEYMS MORAN: Zənnimcə, müəyyən yanaşma olmalıdır. Düşünmürəm ki, Dağlıq Qarabağda vəziyyət sabit xarakter daşıyır. Təqribən bir milyon qaçqın və məcburi köçkün var və bu düzgün deyil. Hesab edirəm ki, onların öz doğma yurd-yuvalarına qayıtmaq və Dağlıq Qarabağ regionunda əmin-amanlıq içində yaşamaq hüququ var. Amma bunu həyata keçirmək üçün, yəqin ki, beynəlxalq ictimaiyyətin səyləri və hər hansı kompromis variant tələb olunacaq. Elə bir variant ki, Ermənistan öz simasını saxlaya bilsin, əvəzində nə isə əldə etsin, Azərbaycan isə Dağlıq Qarabağdakı torpaqları əllərindən alınmış öz məcburi köçkünləri üçün ədalətə nail oldun.

CBC: Cənab Moran, necə düşünürsünüz, sizin təşkilatınız bu istiqamətdə, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək sahəsində, bu problemin həlli yolları və üsulları ilə bağlı nə kimi səylər göstərə bilər?

CEYMS MORAN: Mən yalnız oxşar cavablar verə bilərəm. Bütün bunların təkrar kimi səslənməsini istəməzdim. Lakin mən həqiqətən də hesab edirəm ki, yalnız təsdiq edilməsi və yoxlanılması mümkün olan, subyektiv olmayan, baş verən hadisələr və indiki vəziyyət barədə obyektiv informasiya verən faktları üzə çıxarmaq və yaymaq lazımdır. Bu, Azərbaycanın maraqlarına cavab verir. Bu, Ermənistanın da maraqlarına uyğun olmalıdır... Lakin siz məndən Azərbaycan barəsində soruşdunuz. Zənnimcə, mənim borcum insanlara indiki vəziyyət barədə məlumat verməkdir. Bəli, bu vəziyyəti düzəltmək imkanları var və mən ümid edirəm ki, biz həmin imkanlardan istifadə edə biləcəyik. Lakin ən əhəmiyyətlisi budur ki, biz insanları məlumatlandırmaqdan, bütövlükdə Amerika ictimaiyyətini, xüsusən də siyasi xadimləri məlumatlandırmaqdan başlamalıyıq ki, onlar indiki vəziyyətdən xəbərdar olsunlar və bu, həqiqətən qeyri-adi vəziyyəti sülhlə həll etmək üçün ədalətli qərar işləyib hazırlamaqda bizə kömək etsinlər.

CBC: Cənab Moran, siz Bakıya Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində gəlmisiniz. Bu turnirin əhəmiyyətini necə səciyyələndirər və qiymətləndirərdiniz?

CEYMS MORAN: Güman edirəm ki, Avropadan və bütövlükdə dünyanın hər yerindən olan insanlara gəlib Bakını görmək, bu şəhərin gözəlliyinə tamaşa etmək vacibdir. Hesab edirəm ki, belə qarşılıqlı əlaqələr hadisələrin müsbət inkişafına gətirib çıxarır. ABŞ istəyir ki, Azərbaycan xoşbəxt, sakit və çiçəklənən diyar olsun. Elə bir diyar ki, burada insanlar atletlərin yarışlarından zövq ala bilsinlər, azərbaycanlılarla görüşsünlər, Bakı şəhərinin bütün gözəlliyini layiqincə qiymətləndirə bilsinlər. Mən Prezident İlham Əliyevin və onun atasının gördükləri bütün işləri yüksək qiymətləndirirəm. Mən böyük bir tərəqqinin şahidi oldum. Azərbaycanda ilk dəfə 1992-ci ildə olmuşam. O vaxtdan çox şey dəyişib! Mən müstəqilliyini təsdiq etmək üçün Azərbaycanın qət etdiyi bütün yolu yüksək qiymətləndirirəm. Zənnimcə, dünyanın hər yerindən neft şirkətlərini bura cəlb etdiyinə, Azərbaycanın neft və qaz ehtiyatlarının işlənməsində dünya səviyyəli texnologiyaların tətbiqinə imkan verən “Əsrin müqaviləsi”nin imzalanmasına görə Prezident Heydər Əliyevə minnətdar olmaq lazımdır. Zənnimcə, Prezident Heydər Əliyev Azərbaycanın inkişafına əhəmiyyətli töhfə verib. Mən bundan sonra da qarşılıqlı etimada söykənən səmərəli münasibətlərimizin olacağına səmimi-qəlbdən ümid edirəm.

CBC: Çox sağ olun.

CEYMS MORAN: Siz də sağ olun.

CBC: Bu, Birləşmiş Ştatlar konqresinin keçmiş üzvü, hazırda Azərbaycanın Dostları Assambleyasının rəhbəri Ceyms Moran idi. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub