İDMAN


AFFA “Neftçi” və “İnter”i cərimələyib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC 

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının VIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

“Zirə” ilə səfər oyununda qırmızı vərəqə alıb, “Neftçi”ni azlıqda qoyan Rahil Məmmədov bir oyunluq cəzalanıb. O, komandasını 200 manat ziyana salıb.

“Qəbələ” ilə ev matçında dörd futbolçusu sarı vərəqə alan “İnter”in cəriməsi isə 800 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.