İDMAN
AFFA Roman Qriqorçuku bir oyunluq cəzalandırıb
Bakı, 8 noyabr, AZƏRTAC
AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının son turunda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, komitə AZAL – “Qəbələ” matçında baş verənlərlə bağlı qonaqların baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.
Görüşün 14-cü dəqiqəsində texniki zona qaydalarını pozduğu üçün tribunaya göndərilən ukraynalı mütəxəssis bir oyunluq cəzalanıb. Klubu bu səbəbdən 800 manat ziyana düşüb. AZAL-ın futbolçusu da cəzasız qalmayıb. Oyunun videoyazısına baxıldıqdan sonra İlqar Ələkbərovun rəqib oyunçuya qarşı kobud oynadığı məlum olub. İki oyunluq cəzalandırılan futbolçunun klubu da 1600 manat cərimə ödəməli olacaq.
Bununla yanaşı, AZAL-ın beş futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimələnib.
“Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün bir oyun cəza alıb. Onun klubuna isə 200 manat cərimə kəsilib. Həmin turun “Neftçi” – “İnter” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycan daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]