İDMAN


AFFA azarkeşi vuran futbolçuya sərt cəza kəsib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC 

Topaz Premyer Liqasının IX turunun “Neftçi”–“Qarabağ” matçında baş verən xoşagəlməz hala AFFA İntizam Komitəsi hüquqi qiymət verib.

AZƏRTAC xəbər verir ki, qarşılaşmanın sonlarında meydana daxil olan azarkeşi vuran “Neftçi”nin hücumçusu Katalin Tiranın cəzası açıqlanıb.

Davada iştirak edərək qırmızı vərəqə alan rumıniyalı futbolçu bu hərəkətinə görə, 5 oyunluq cəzalanıb və üstəlik komandasını 2400 manat ziyana salıb.

Həmçinin, 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4 min manat cərimə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.