İDMAN


AFFA-dan komandalara ciddi sanksiyalar tətbiqi barədə xəbərdarlıq

A+ A

Bakı, 18 noyabr, AZƏRTAC

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, komissiyanın qərarına əsasən, I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər klublara bu barədə ciddi tapşırıqlar verəcəklər.

Oyundan əvvəl hakimlər məşqçilər və futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaqlar. Komissiyanın bu istiqamətdə apardığı araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq. Bu işdə əli olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.