İDMAN


AFFA-nın “CBC Sport” layihəsi “UEFA KİSS Marketing Awards-2016” mükafatına namizəd seçilib

A+ A

Bakı, 15 noyabr, AZƏRTAC

AFFA tərəfindən UEFA-nın ali marketinq mükafatı olan “UEFA KİSS Marketing Awards-2016”ya təqdim olunmuş “CBC Sport” layihəsi ən yaxşı kommersiya tərəfdaşlığı meyarı üzrə müxtəlif milli assosiasiyalar tərəfindən təqdim olunmuş 16 layihə arasında 3 ən yaxşı layihə kimi seçilib.

AZƏRTAC xəbər verir ki, noyabrın 23-də Yunanıstanın paytaxtı Afinada keçiriləcək tədbir zamanı qalib layihə müəyyənləşəcək.

Qalib adı uğrunda “CBC Sport” Niderland Krallığı Futbol Assosiasiyasının İNG Bank həvəskar futbol sponsorluq proqramı və Polşa Futbol Federasiyası PZPN-in lisenziyalaşdırma proqramı layihələri ilə rəqabət aparacaq.

“UEFA KİSS Marketing Awards” hər iki ildən bir keçirilir və UEFA-ya daxil olan milli assosiasiyaların marketinq sahəsində tətbiq etdiyi layihələr 5 meyar üzrə qiymətləndirilir. İki il əvvəl AFFA tərəfindən keçirilmiş “3x3 qızlar” turniri ən yaxşı kütləvi futbol layihəsi meyarı üzrə mükafatlandırılıb və layihə UEFA-nın qadın futbolu inkişafı proqramları üzrə hesabatında ən yaxşı təcrübə nümunəsi kimi göstərilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.