İDMAN


AFFA-nın baş katibi: Baş məşqçi Robert Prosineçki ilə müqavilənin müddəti cari ilin sonunda başa çatacaq

Bakı, 13 iyun, AZƏRTAC

Baş məşqçi Robert Prosineçkinin AFFA ilə müqaviləsi var və həmin anlaşma bu ilin sonunda başa çatacaq.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Baş katib vurğulayıb ki, Türkiyə mətbuatında Robert Prosineçkinin “Bursaspor” futbol klubu ilə anlaşdığı barədə məlumatlar yer alır. R.Prosineçki peşəkar insandır və müqaviləmizə hörmətlə yanaşır. Türkiyə mətbuatında qeyd olunanlar həqiqəti əks etdirmir.

“Təcrübə göstərir ki, hər hansı yığma komanda və klub müqaviləsi olan məşqçi ilə əməkdaşlıq etmək istəyirsə, ilk növbədə, yerli federasiya və klub ilə danışıqlara başlamalıdır. Bundan sonra isə məşqçi ilə danışıqlara start verməlidir. Əgər “Bursaspor” rəhbərliyi danışıqları birbaşa baş məşqçi ilə aparırsa və dünya çempionatının seçmə mərhələsinin davam etdiyini nəzərə alsaq, bu, qeyri-etik haldır”, - deyə Elxan Məmmədov əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.